​KİV: İraqda terrorçular “Real Madrid”in ÇL-nin finalına baxan 12 fanatını qətlə yetiriblər

​KİV: İraqda terrorçular “Real Madrid”in ÇL-nin finalına baxan 12 fanatını qətlə yetiriblər Faciə Bakuba şəhərində baş verib
Futbol
29 May , 2016 23:57
​KİV: İraqda terrorçular “Real Madrid”in ÇL-nin finalına baxan 12 fanatını qətlə yetiriblər

Bakı. 29 may. REPORT.AZ/ İraqda dörd terrorçu sevimli komandalarının iştirakı ilə keçirilən Çempionlar Liqasının final matçına baxan 12 “Real Madrid” klubu fanatını qətlə yetiriblər.

“Report” xəbər verir ki, bu barədə “As” nəşri məlumat yayıb.

Faciə Bağdadın 50 km. şimal-şərqində yerləşən Bakuba şəhərində baş verib. Terrorçular azarkeşlərin oyuna baxdıqları yerə girərək avtomatdan nizamsız şəkildə atəş açmağa başlayıblar.

İlkin məlumatlara görə, 12 nəfər ölüb, 8 nəfər yaralanıb. Digər mənbələr ölənlərin sayının 5, yaralıların sayının isə 4 olduğunu yazır. Öldürülənlərin 18-30 yaş aralığında olduqları bildirilir.

Fanatlara hücum edənlər hadisə yerindən qaçıblar, onlardan heç biri saxlanılmayıb.

Son xəbərlər

Orphus sistemi