KİV: İbrahimoviç "Milan"la 6 aylıq müqavilə imzalayacaq

KİV: İbrahimoviç "Milan"la 6 aylıq müqavilə imzalayacaq İsveç hücumçusu Zlatan İbrahimoviç gələcəkdə çıxış edəcəyi klub haqqında qərar qəti şəkildə qəbul edib.
Futbol
27 Dekabr , 2019 05:46
KİV: İbrahimoviç Milanla 6 aylıq müqavilə imzalayacaq

İsveç hücumçusu Zlatan İbrahimoviç gələcəkdə çıxış edəcəyi klub haqqında qərar qəti şəkildə qəbul edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, o, "Milan"la 6 aylıq müqavilə imzalayacaq.

Məlumata görə, Zlatanın qərarı iki gün ərzində elan ediləcək. O, 2020-ci ilin iyununa qədər "Milan"la müəyyən şərtlər daxilində müqavilə bağlayacaq. Tərəflərə yalnız detalları nizama salmaq və sazişi bağlamaq qalıb.

Daha əvvəl bildirilirdi ki, 36 yaşlı hücumçu ilə "Everton", "Napoli" və A seriyasından "Monsa" maraqlanır.

İbrahimoviç 2010-cu ildən 2012-ci ilə qədər "Milan"da çıxış edib. İsveç futbolçusu 85 matçda 56 qol vurub. 

Son xəbərlər

Orphus sistemi