"Keşlə" təlim-məşq toplanışı üçün ölkə xaricinə gedəcək

"Keşlə" təlim-məşq toplanışı üçün ölkə xaricinə gedəcək Bakı. 29 noyabr. REPORT.AZ/ “Keşlə” futbol komandasının qış hazırlıq prosesi iki mərhələdən ibarədət olacaq.
Futbol
29 Noyabr , 2018 13:59
Keşlə təlim-məşq toplanışı üçün ölkə xaricinə gedəcək

Bakı. 29 noyabr. REPORT.AZ/ “Keşlə” futbol komandasının qış hazırlıq prosesi iki mərhələdən ibarədət olacaq.

Bu barədə “Report”a klubun meneceri Eldəniz Yusifov məlumat verib. Onun sözlərinə görə, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv gələn il yanvarın 5-də Bakıda bir araya gələcək. Paytaxtda bir həftəlik təlim-məşq toplanışı keçəcək komanda daha sonra ölkə xaricinə, böyük ehtimalla, Türkiyənin Antalya bölgəsinə üz tutmağı planlaşdırır.

Qonşu ölkədə iki həftə hazırlıq keçməyi nəzərdən keçirən “Keşlə”, orda ən azı 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

Azərbaycan klubları 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar. Qış fasiləsi fevralın 2-də Premyer Liqada XV tura start verilməsi ilə başa çatacaq.

Qeyd edək ki, bunadək “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah”ın Antalyaya yollanacağı dəqiqləşib.

Son xəbərlər

Orphus sistemi