Yuxarı

"Keşlə" Mavritaniya yığmasının futbolçusu ilə müqavilə bağlayıb

"Keşlə" Mavritaniya yığmasının futbolçusu ilə müqavilə bağlayıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ “Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib.

“Report” xəbər verir ki, paytaxt təmsilçisi Diallo Quydileye ilə 2018/2019 mövsümünün sonuna qədər müqavilə bağlayıb. 29 yaşlı yarımmüdafiəçi Mavritaniya yığmasının üzvüdür.

“Keşlə”yə azad agent kimi keçən futbolçunun son iş yeri Türkiyənin “Gənclərbirliyi” klubu olub.

Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Quydileye karyerası ərzində bu ölkənin “Nansi”, “Şatoru”, “Trua” və “Brest”, eləcə də Kiprin AEL komandalarının formasını geyinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi