"Keşlə" Mavritaniya yığmasının futbolçusu ilə müqavilə bağlayıb

"Keşlə" Mavritaniya yığmasının futbolçusu ilə müqavilə bağlayıb Bakı. 1 oktyabr. REPORT.AZ/ “Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib.
Futbol
1 Oktyabr , 2018 09:41
Keşlə Mavritaniya yığmasının futbolçusu ilə müqavilə bağlayıb
0 : 00
0 : 00

Bakı. 1 oktyabr. REPORT.AZ/ “Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib.

“Report” xəbər verir ki, paytaxt təmsilçisi Diallo Quydileye ilə 2018/2019 mövsümünün sonuna qədər müqavilə bağlayıb. 29 yaşlı yarımmüdafiəçi Mavritaniya yığmasının üzvüdür.

“Keşlə”yə azad agent kimi keçən futbolçunun son iş yeri Türkiyənin “Gənclərbirliyi” klubu olub.

Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Quydileye karyerası ərzində bu ölkənin “Nansi”, “Şatoru”, “Trua” və “Brest”, eləcə də Kiprin AEL komandalarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi