“Keşlə” klubu toqolu futbolçu ilə müqavilə bağlayıb

“Keşlə” klubu toqolu futbolçu ilə müqavilə bağlayıb Bakı. 11 oktyabr. REPORT.AZ/ “Keşlə” klubu toqolu futbolçu Conatan Eite ilə müqavilə bağlayıb.
Futbol
11 Oktyabr , 2018 13:11
“Keşlə” klubu toqolu futbolçu ilə müqavilə bağlayıb
0 : 00
0 : 00

Bakı. 11 oktyabr. REPORT.AZ/ “Keşlə” klubu toqolu futbolçu Conatan Eite ilə müqavilə bağlayıb.

Bu barədə “Report”a paytaxt təmsilçisinin baş meneceri Eldəniz Yusifov məlumat verib. O bildirib ki, 33 yaşlı hücumçu 2018/2019 mövsümünün sonuna qədər nəzərdə tutulan sözləşməyə imza atıb.

Qeyd edək ki, son iş yeri Türkiyə “Samsunspor”u olan Eite karyerası ərzində “Yeni Malatyaspor” və “Alanyaspor” klublarının da formasını geyinib. Fransada doğulan forvard bu ölkənin “Bordo”, “Brest” və “Nim” komandalarında da çıxış edib. O, Toqo yığmasında 24 oyun keçirib və 6 qol vurub.

“Keşlə” bir müddət əvvəl Mavritaniya yığmasının futbolçusu Diallo Quydileye ilə də müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi