Bakı. 9 yanvar. REPORT.AZ/ “Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib.
Bu barədə “Report”a klubdan məlumat verilib. Bildirib ki, mövsümün ilk yarısında I Divizion təmsilçisi “Qaradağ Lökbatan”da çıxış edən Emin Mehtiyev hazırda komandanın məşqlərinə qatılır.
27 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə bağlanılacaq. “Keşlə” bunadək Vüsal İsgəndərli və Con Kamaranı heyətinə qatıb.
Qeyd edək ki, Emin Mehtiyev karyerası ərzində “Neftçi”, “Sumqayıt”, “Səbail”, “Sabah” və “Zaqatala”da da çıxış edib.