“Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib

“Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib Bakı. 9 yanvar. REPORT.AZ/ “Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib.
Futbol
9 Yanvar , 2019 11:50
“Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib

Bakı. 9 yanvar. REPORT.AZ/ “Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib.

Bu barədə “Report”a klubdan məlumat verilib. Bildirib ki, mövsümün ilk yarısında I Divizion təmsilçisi “Qaradağ Lökbatan”da çıxış edən Emin Mehtiyev hazırda komandanın məşqlərinə qatılır.

27 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə bağlanılacaq. “Keşlə” bunadək Vüsal İsgəndərli və Con Kamaranı heyətinə qatıb.

Qeyd edək ki, Emin Mehtiyev karyerası ərzində “Neftçi”, “Sumqayıt”, “Səbail”, “Sabah” və  “Zaqatala”da da çıxış edib. 

Son xəbərlər

Orphus sistemi