“Kəpəz” - “Səbail” görüşünün yeri dəyişdirilib

“Kəpəz” - “Səbail” görüşünün yeri dəyişdirilib Matçın “Dalğa Arena”da keçirilməsinə qərar verilib
Futbol
19 Sentyabr , 2017 16:58
“Kəpəz” - “Səbail” görüşünün yeri dəyişdirilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turunun “Kəpəz” – “Səbail” görüşünün yeri dəyişdirilib.

“Report” Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, dəyişiklik “Kəpəz” klubunun müraciəti əsasında gerçəkləşib. Gəncə şəhər stadionunda təmir işlərinin davam etdiyini və “Səbail” klubunun razılıq məktubunu nəzərə alan PFL matçın sentyabrın 23-də “Dalğa Arena”da təşkilinə qərar verib.

VI turda meydan sahibi “Səbail”, hər iki klubun iştirakı ilə ikinci dövrənin oyununda isə “Kəpəz” təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi