“Kəpəz”in qış toplanışı üçün rəqibləri müəyyənləşib

“Kəpəz”in qış toplanışı üçün rəqibləri müəyyənləşib Gəncə komandası üç günə dörd yoxlama matçı keçirəcək
Futbol
5 Yanvar , 2017 16:04
“Kəpəz”in qış toplanışı üçün rəqibləri müəyyənləşib

Bakı. 5 yanvar. REPORT.AZ/ Gəncənin “Kəpəz” futbol komandasının qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarında rəqibləri müəyyənləşib.

"Report"un məlumatına görə, üç günə dörd yoxlama matçına çıxacaq komanda Premyer Liqa və I divizion klubları ilə qarşılaşacaq.

"Sarı-göylər” yanvarın 17-də saat 11:00-da MOİK, saat 15:00-da AZAL-la görüşəcək. Yanvarın 19-da Nizami yurdunun təmsilçisi günün ilk yarısında (saat 11:00-da) “Qaradağ Lökbatan” ilə, ikinci yarısında isə (saat 15:00-da) “Zirə” ilə üz-üzə gələcək. “Zirə”yə qarşı görüş rəqibin meydançasında keçiriləcəksə, digər bütün oyunlar “Dalğa Arena”da gerçəkləşəcək.

Gəncə klubu yoxlama matçlarına iki fərqli heyətlə çıxacaq.

Son xəbərlər

Orphus sistemi