“Kəpəz” iki braziliyalı futbolçu ilə müqavilə bağlayıb

“Kəpəz” iki braziliyalı futbolçu ilə müqavilə bağlayıb Bakı. 26 yanvar. REPORT.AZ/ “Kəpəz” daha iki futbolçu ilə münasibətləri rəsmiləşdirib.
Futbol
26 Yanvar , 2018 14:23
“Kəpəz” iki braziliyalı futbolçu ilə müqavilə bağlayıb

Bakı. 26 yanvar. REPORT.AZ/ “Kəpəz” daha iki futbolçu ilə münasibətləri rəsmiləşdirib.

“Report” xəbər verir ki, Gəncə klubu braziliyalı yarımmüdafiəçilər Dario Frederiko və Dieqo Souza ilə müqavilə bağlayıb. Onlar müvafiq olaraq cari mövsümün sonunadək və bir illik sözləşmələrə imza atıblar.

Frederiko əvvəlki iki mövsümdə də “Kəpəz”in heyətində çıxış edib.

Qeyd edək ki, Gəncə təmsilçisi qış fasiləsində Murad Səttarlı (“Zirə”), Roman Hüseynov ("Qəbələ", icarə), Samir Zərgərov ("Keşlə"), Tərzin Cahangirov ("Neftçi"), Sergey Litovçenko ("Dinamo", Gürcüstan), Giuli Manjqaladze ("Samtredia", Gürcüstan), Tərlan Qasımzadə ("Sabah") və Tural Nərimanovu heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi