"Sumqayıt" klubunun prezidenti: "İnanmıram ki, "Qarabağ" bizi asanlıqla keçsin"

"Sumqayıt" klubunun prezidenti: "İnanmıram ki, "Qarabağ" bizi asanlıqla keçsin" Kamran Quliyev: "Ötən mövsümün sonlarında bu komandanı məğlub etmişdik"
Futbol
15 May , 2015 13:46
Sumqayıt klubunun prezidenti: İnanmıram ki, Qarabağ bizi asanlıqla keçsin

Bakı. 15 may. REPORT.AZ/ "Biz ötən mövsümün sonlarında "Qarabağ"ı Sumqayıtda məğlub etmişdik". Bunu "Report"a açıqlamasında "Sumqayıt" futbol klubunun prezidenti Kamran Quliyev deyib.

Azərbaycan Premyer Liqasının XXXIV turunda "Qarabağ"la səfərdə keçirəcəkləri oyun haqda danışan K.Quliyev futbolçuların üzərində heç bir yükün olmadığını bildirib: "Komandamız Premyer Liqada öz yerini təmin edib və maliyyə sarıdan da stabilik. Futbolçuların əhvali-ruhiyyəsi çox yüksəkdir. İndi futbolçularımızda heç bir yük yoxdur və onlar oyuna yaxşı hazırlaşırlar. İnanmıram ki, istənilən rəqib bizi asanlıqla keçsin".

Onun sözlərinə görə, ötən mövsümkü oyunla sabahkı qarşılaşma arasında fərq var. Klub prezidenti bildirib ki, keçən il "Qarabağ" Sumqayıta çempion kimi gəlmişdisə, bu dəfə titul tam olaraq sahibini tapmayıb: "Futbolda adət var ki, çempion olmuş komanda meydana rəqib futbolçulardan ibarət dəhlizlə daxil olur. Bu dəfə isə heç nə məlum deyil. "Qarabağ" çempionluğu təmin etmək üçün gərək bizi məğlub etsin və "İnter" də "Qəbələ" ilə matçda xal itirsin. "İnter"də maliyyə problemləri olsa da, bu komanda yaxşı mübarizə aparır və çempionluğa namizəddir".

Qeyd edək ki, mayın 16-da "Bakcell Arena"da baş tutacaq "Qarabağ" - "Sumqayıt" qarşılaşması saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi