Kamran Ağayevlə Emin Mahmudovun üzvü olduğu "Boavişta" autsayderlə bacarmayıb

Kamran Ağayevlə Emin Mahmudovun üzvü olduğu "Boavişta" autsayderlə bacarmayıb "Boavişta" bu dəfə autsayderlə matçda xal itirib
Futbol
18 Dekabr , 2016 23:35
Kamran Ağayevlə Emin Mahmudovun üzvü olduğu Boavişta autsayderlə bacarmayıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçuları Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdikləri "Boavişta" klubu bu gün Portuqaliya çempionatında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Portu təmsilçisi XIV turda son pillənin sahibi "Tondela"nın qonağı olub.

Yenə qələbə qazana bilməyən "Boavişta" bu dəfə autsayderlə matçda xal itirib - 1:1. "Tondela"nın rusiyalı müdafiəçisi Vitali Listsov əsas heyətdə yer alan Ağayevin qapısına 45+1-ci dəqiqədə yol tapıb. Qonaqların braziliyalı yarımmüdafiəçisi Anderson de Karvalyo Santos 88-ci dəqiqədə bərabərlik qolunun müəllifi olub.

Ağayev 90 dəqiqə oynasa da, Mahmudov fasilədən dərhal sonra meydana çıxıb.

Qeyd edək ki, "Boavişta" 14 oyundan 14 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi