Yuxarı

​Kamran Ağayevin "İnter"lə bağlayacağı müqavilə müddəti müəyyənləşib

Təcrübəli qapıçı kapitanı əvəzləyib

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakının "İnter" klubu futbol üzrə Azərbaycan milli komandasının üzvü Kamran Ağayevlə anlaşıb. Klubdan "Report"a verilən məlumata görə, təcrübəli əlcək sahibi ilə 6 aylıq müqavilə imzalanacaq.

Artıq tərəflər böyük ölçüdə anlaşma əldə ediblər. Tezliklə 29 yaşlı qapıçı ilə münasibətlər rəsmiləşəcək. Ağayev yeni klubunda Səlahət Ağayevi əvəzləyəcək. Kapitan "İnter"i maddi məsələlərlə razılığa gələ bilmədiyi üçün tərk edib.  

Qeyd edək ki, Azərbaycanda "Şəfa", "Turan", "Xəzər Lənkəran", "Bakı" və "Qəbələ"nin formasını geyinən Kamran Ağayev son olaraq Türkiyədə "Kayserispor" və "Karşıyaka" klublarında çıxış edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi