Yuxarı

İspaniyanın daha bir futbol klubunda koronavirus aşkarlandı

​"Jirona"nın futbolçusu koronavirusa yoluxdu

518

"Jirona" futbol klubu oyunçularından birinin koronavirusa yoluxduğunu elan edib.

Bu barədə “Report” klubun rəsmi saytına istinadən xəbər verir.

"Jirona" təsdiq edir ki, klubun peşəkar oyunçusunun onda koronavirus əlamətləri çıxdıqdan sonra COVID-19 testi müsbət nəticə verdi", - klubun bəyanatda deyilir.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. Hazırda dünyada koronavirus qurbanlarının sayı 18 min nəfəri ötüb. Yeni virusa yoluxanların sayı 414 179 nəfərdir.

Qeyd edək ki, İspaniya dünyada koronavirusun yayılmasına görə 4-cü yerdədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi