Yuxarı

İspaniyalı futbolçu yaxtasını xeyriyyə cəmiyyətinə bağışlayıb

Yaxtanın uzunluğu 9 metr, eni 2,6 metrdir

Bakı. 2 avqust. REPORT.AZ/ Qətərin "Əl Sədd" klubunda çıxış edən Xavyer Hernandes qaçqınlara kömək edən xeyriyyə cəmiyyətinə hədiyyə verib. "Report"un məlumatına görə, futbolçu uzunluğu 9 metr, eni 2,6 metr olan "Pelopina" adlı yaxtasını cəmiyyətə bağışlayıb.

Xeyriyyə cəmiyyəti yaxtanı satışa çıxaracağını və əldə olunacaq gəlirin insanlara kömək layihələrində xərclənəcəyini bildirib.

Qeyd edək ki, 17 mövsüm İspaniyanın "Barselona" klubunda top qovan Xavi ötən ilin mayında Qətərə yollanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi