Yuxarı
    Bağlamaq

    ​İvan Rakitiç: "Barselona"nı Prosineçkiyə görə sevmişəm"

    Uşaqlıqdan Barselona azarkeşi olmuşam

    Bakı. 3 mart. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu İvan Rakitiç hazırkı komandasına olan sevgisindən danışıb. "Report"un məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi sport.es-ə müsahibəsində uşaqlıqdan "Barsa"ya azarkeşlik etdiyini deyib.

    28 yaşlı oyunçu səbəb kimi Azərbaycan millisinin hazırkı baş məşqçisi olan həmyerlisi Robert Prosineçkinin həmin vaxt məhz Kataloniya komandasında çıxış etməsini göstərib: "Uşaqlıqdan "Barselona" azarkeşi olmuşam. Ona görə ki, Prosineçki də həmin komandada çıxış edirdi. Prosineçki mənim kumirim idi. Baxmayaraq ki, o, əvvəllər "Real Madrid"də oynayıb. Amma mən Prosineçkini "Barsa"dan tanıyırdım".

    Qeyd edək ki, Robet Prosineçkinin "Barselona"da çıxış etdiyi zaman (1995-1996) Rakitiçin 8-9 yaşı olub. Prosineçki "Real Madrid"də isə 1991 - 1994-cü illərdə forma geyinib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi