​İvan Rakitiç: "Barselona"nı Prosineçkiyə görə sevmişəm"

​İvan Rakitiç: "Barselona"nı Prosineçkiyə görə sevmişəm" "Uşaqlıqdan "Barselona" azarkeşi olmuşam"
Futbol
3 Mart , 2016 11:56
​İvan Rakitiç: Barselonanı Prosineçkiyə görə sevmişəm

Bakı. 3 mart. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu İvan Rakitiç hazırkı komandasına olan sevgisindən danışıb. "Report"un məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi sport.es-ə müsahibəsində uşaqlıqdan "Barsa"ya azarkeşlik etdiyini deyib.

28 yaşlı oyunçu səbəb kimi Azərbaycan millisinin hazırkı baş məşqçisi olan həmyerlisi Robert Prosineçkinin həmin vaxt məhz Kataloniya komandasında çıxış etməsini göstərib: "Uşaqlıqdan "Barselona" azarkeşi olmuşam. Ona görə ki, Prosineçki də həmin komandada çıxış edirdi. Prosineçki mənim kumirim idi. Baxmayaraq ki, o, əvvəllər "Real Madrid"də oynayıb. Amma mən Prosineçkini "Barsa"dan tanıyırdım".

Qeyd edək ki, Robet Prosineçkinin "Barselona"da çıxış etdiyi zaman (1995-1996) Rakitiçin 8-9 yaşı olub. Prosineçki "Real Madrid"də isə 1991 - 1994-cü illərdə forma geyinib. 

Son xəbərlər

Orphus sistemi