İtaliyanın "Milan" klubu ispaniyalı qapıçını transfer edib

İtaliyanın "Milan" klubu ispaniyalı qapıçını transfer edib Bu barədə klubun idman direktoru Massimiliano Mirabelli məlumat verib
Futbol
15 May , 2018 18:22
İtaliyanın Milan klubu ispaniyalı qapıçını transfer edib

Bakı. 15 may. REPORT.AZ/ İtaliyanın "Milan" klubu "Napoli"nin qapıçısı Pepe Reynanı heyətinə qatıb.

"Report" "Futbool İtalia" nəşrinə istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Massimiliano Mirabelli məlumat verib. 

O, komandada rəqabət səviyyəsini artırmaq üçün bu addımı atdıqlarını söyləyib.

Qeyd edək ki, Pepe Reynanın Neapol təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır. "Milan" klubu ispaniyalı qolkiperi azad agent kimi heyətinə qatacaq. 

Son xəbərlər

Orphus sistemi