İtaliyanın Baş naziri “Feyenoord” klubundan üzrxahlıq tələb edib

İtaliyanın Baş naziri “Feyenoord” klubundan üzrxahlıq tələb edib Romada matçdan sonra yaşanan qarşıdurma ilə bağlı 33 nəfər saxlanılıb
Futbol
22 Fevral , 2015 20:51
İtaliyanın Baş naziri “Feyenoord” klubundan üzrxahlıq tələb edib

Bakı. 22 Fevral. REPORT.AZ/ İtaliyanın Baş naziri Matteo Renzi Hollandiyanın “Feyenoord” klubundan Romada yaşanan xoşagəlməz insidentlə bağlı üzrxahlıq tələb edir.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, UEFA Avropa liqasının 1/16 final mərhələsi çərçivəsində “Roma”- “Feyenord” qarşılaşmasını izləmək üçün İtaliya paytaxtına gələn hollandiyalı azarkeşlərin şəhərin tarixi meydanlarından birini dağıtmasına Baş nazirin reaksiyası sərt olub. O jurnalistlərə açıqlamasında vurğulayıb ki, bir qrup insanlar tərəfindən Romanın ən gözəl məkanlarından olan bir ərazinin dağıdılması qəbuledilməz və ağlasığmaz bir hərəkətdir: “Bu hadisəyə görə klub üzr istəməlidir”.

Qeyd edək ki, Romanın mərkəzi meydanlarından birində matçdan sonra yaşanan qarşıdurma ilə bağlı artıq 33 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi