Yuxarı

İtaliya çempionatının oyununda 21 ölkənin futbolçusu meydana çıxıb

Türkiyəli oyunçu isə ehtiyatda qalıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Futbol üzrə İtaliya A Seriyasında XX turun "Roma" - "Verona" matçı tarixə düşüb. "Report"un məlumatına görə, hər iki komanda qarşılaşmada üst-üstə 21 ölkədən olan futbolçunun xidmətindən yararlanıb.

Onlar İtaliya, Fransa, Braziliya, Rumıniya, Almaniya, Hollandiya, Argentina, Nigeriya, Polşa, Xorvatiya, İsveç, İspaniya, İslandiya, Slovakiya, Belçika, Yunanıstan, Moldova, Bosniya və Herseqovina, Əlcəzair, Misir və Serbiyanı təmsil edib. "Roma"nın türkiyəli yarımmüdafiəçi Salih Uçan isə sonadək ehtiyatda qalıb. Ümumilikdə meydan sahiblərinin heyətində 13, qonaqlardan isə 12 fərqli ölkənin oyunçusu yer alıb. Oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. Bununla da "Roma" ardıcıl 3-cü, baş məşqçi Luçano Spalettinin rəhbərliyi altında ilk matçını qələbəsiz başa vurub. Hazırda 5-ci pillədə olan "canavarlar" lider "Napoli"dən 9 xal geri qalırlar.

Qeyd edək ki, İtaliya Futbol Federasiyasının qərarı ilə komandalar 2012-ci ildən daxili yarışlarda ehtiyat oyunçu kimi 7 yox, 12 oyunçu göstərmək hüququna malikdirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi