İtaliya - Almaniya oyununda videotəkrardan istifadə olunacaq

İtaliya - Almaniya oyununda videotəkrardan istifadə olunacaq İki şəxs mübahisəli epizodları izləyəcək
Futbol
15 Noyabr , 2016 19:22
İtaliya - Almaniya oyununda videotəkrardan istifadə olunacaq

Bakı. 15 noyabr. REPORT.AZ/ İtaliya və Almaniya yığmaları arasında bu gün keçiriləcək yoldaşlıq oyununda videotəkrardan istifadə olunacaq. 

"Report"un məlumatına görə, oyun ərzində iki köməkçi şəxs oyunun mübahisəli epizodlarını izləyəcək.

Videotəkrarın məqsədi qol, penalti, qırmızı vərəqə və oyunçuların baş hakimə etiraz etdiyi məqamlara aydınlıq gətirməkdir.

Qeyd edək ki, İtaliyada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi