İtaliya A Seriyasının formatı dəyişə bilər

İtaliya A Seriyasının formatı dəyişə bilər İtaliya A Seriyası 2020/2021 mövsümündə yeni formada keçirilə bilər.
Futbol
3 İyun , 2020 09:10
İtaliya A Seriyasının formatı dəyişə bilər

İtaliya A Seriyası 2020/2021 mövsümündə yeni formada keçirilə bilər. 

"Report" "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, yeni mövsüm sentyabrın 12-dən tez başlamasa, dəyişiklik baş verəcək.

Liqa rəhbərliyi çempionatı 10 klubdan ibarət iki hissəyə bölmək ehtimalını nəzərdən keçirir. Bundan sonra ən yaxşı komandalar pley-off mərhələsində qarşılaşacaqlar. 

Daha öncə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina yeni mövsümə sentyabrın 12-də başlaya bilməyəcəkləri təqdirdə dəyişiklik edəcəklərini söyləyib. 

Qeyd edək ki, mart ayında koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq. 

Son xəbərlər

Orphus sistemi