Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan İtaliya A Seriyasında reqlament dəyişikliyi ola bilər.
"Report" xəbər verir ki, bu barədə çempionatın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, yarışı davam etdirmək mümkün olmasa, çempion pley-off sistemi ilə müəyyənləşdiriləcək.
İtaliya A Seriyası iyunun 20-də "Torino" - "Parma" oyunu ilə bərpa olunacaq.
Qeyd edək ki, turnir cədvəlinə 26 turdan 63 xal toplayan "Yuventus" başçılıq edir. 62 xalı olan "Latsio" 2-cidir. "İnter" isə 54 xalla 3-cü pillədə qərarlaşıb.