İtaliya A Seriyasında pley-off sistemi tətbiq oluna bilər - RƏSMİ

İtaliya A Seriyasında pley-off sistemi tətbiq oluna bilər - RƏSMİ Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan İtaliya A Seriyasında reqlament dəyişikliyi ola bilər.
Futbol
8 İyun , 2020 18:28
İtaliya A Seriyasında pley-off sistemi tətbiq oluna bilər - RƏSMİ

Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan İtaliya A Seriyasında reqlament dəyişikliyi ola bilər.

"Report" xəbər verir ki, bu barədə çempionatın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, yarışı davam etdirmək mümkün olmasa, çempion pley-off sistemi ilə müəyyənləşdiriləcək.

İtaliya A Seriyası iyunun 20-də "Torino" - "Parma" oyunu ilə bərpa olunacaq.

Qeyd edək ki, turnir cədvəlinə 26 turdan 63 xal toplayan "Yuventus" başçılıq edir. 62 xalı olan "Latsio" 2-cidir. "İnter" isə 54 xalla 3-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi