İtaliya A Seriyasında 5 əvəzetməyə icazə verildi

İtaliya A Seriyasında 5 əvəzetməyə icazə verildi İtaliya Futbol Federasiyası (FIGC) yerli liqalarda əvəzetmə sayının artırılması ilə bağlı yeni qaydanı təsdiqləyib.
Futbol
5 İyun , 2020 20:21
İtaliya A Seriyasında 5 əvəzetməyə icazə verildi

İtaliya Futbol Federasiyası (FIGC) yerli liqalarda əvəzetmə sayının artırılması ilə bağlı yeni qaydanı təsdiqləyib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümün bərpasından sonra klubların oyun ərzində 5 oyunçu dəyişikliyindən istifadə etməsinə icazə verilib.

Komandalar oyunun sürətini azaltmamaq məqsədilə əvəzetməni 3 dəfəyə həyata keçirməlidirlər.

Qeyd edək ki, İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi