İsveçrə yığmasının Kosovo əsilli futbolçuları DÇ-2018-də etdikləri hərəkətə görə üzr istəyiblər

İsveçrə yığmasının Kosovo əsilli futbolçuları DÇ-2018-də etdikləri hərəkətə görə üzr istəyiblər Bakı. 5 sentyabr. REPORT.AZ/ İsveçrə milliisinin futbolçuları Qranik Caka və Cerdan Şakiri 2018-ci il dünya çempionatında Serbiya yığması ilə oyun zamanı etdikləri hərəkətə görə üzr istəyiblər.
Futbol
5 Sentyabr , 2018 14:30
İsveçrə yığmasının Kosovo əsilli futbolçuları DÇ-2018-də etdikləri hərəkətə görə üzr istəyiblər

Bakı. 5 sentyabr. REPORT.AZ/ İsveçrə milliisinin futbolçuları Qranik Caka və Cerdan Şakiri 2018-ci il dünya çempionatında Serbiya yığması ilə oyun zamanı etdikləri hərəkətə görə üzr istəyiblər.

"Report" xəbər verir ki, bu barədə hər iki oyunçu UEFA Millətlər Liqasında İslandiya ilə görüşdən əvvəl mətbuat konfransında açıqlama verib. Onlar mundialın 1/8 finalında qol sevinclərini Albaniyanın rəmzi olan qartal təsviri ilə nümayiş etdiriblər. Bu isə birmənalı qarşılanmayıb. FİFA belə hərəkətin Serbiyaya qarşı siyasi məqsədlə edildiyini bildirərək, iki futbolçunu üst-üstə 9958 dollar məbləğində cərimələyib.

Yığmaya İngiltərə "Arsenal"ından dəvət alan Caka "Belə hərəkəti niyə etdiyimi bilmirəm. Oyundan sonra özümü axmaq kimi hiss edirdim. Buna görə hər kəsdən üzr istəyirəm" deyib.

İngiltərənin "Liverpul" klubunun yeni transferlərindən olan Şakiri də üzgün olduğunu söyləyib: "Qol sevincim insanlara pis təsir edib. Heç kimin pis olmasını istəməzdim. Buna görə insanlardan üzr istəyirəm".

Qeyd edək ki, DÇ-2018-də İsveçrə Serbiyaya 2:1 hesabı ilə qalib gəlib. 

Son xəbərlər

Orphus sistemi