Yuxarı

İsraildə azarkeş tribunaya qumbara keçirmək istərkən saxlanılıb

Stadion yaxınlığında isə dava düşüb

Bakı. 16 dekabr. REPORT.AZ/ İsrailin "Beytar" klubunun azarkeşi ölkə çempionatında "Hapoel"lə oyun zamanı saxlanılıb. "Report"un məlumatına görə, qonaq komanda fanatı meydan sahiblərinin tribunasına iflicedici xüsusiyyətə malik qumbara keçirməyə cəhd edərkən yaxalanıb.

O, stadiondan təcridxanaya göndərilib.

Stadion yaxınlığında isə azarkeşlərin davası düşüb. Nəticədə bir neçə şəxs ciddi zədə alıb. İsrail siyasətçiləri fan-klubları cinayətkar qruplaşma adlandıraraq, onların ləğvini tələb ediblər. 

Qeyd edək ki, görüş qolsuz yekunlaşıb - 0:0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi