İsraildə azarkeş tribunaya qumbara keçirmək istərkən saxlanılıb

İsraildə azarkeş tribunaya qumbara keçirmək istərkən saxlanılıb Stadion yaxınlığında isə dava düşüb
Futbol
299
16 Dekabr , 2015 09:51
İsraildə azarkeş tribunaya qumbara keçirmək istərkən saxlanılıb

Bakı. 16 dekabr. REPORT.AZ/ İsrailin "Beytar" klubunun azarkeşi ölkə çempionatında "Hapoel"lə oyun zamanı saxlanılıb. "Report"un məlumatına görə, qonaq komanda fanatı meydan sahiblərinin tribunasına iflicedici xüsusiyyətə malik qumbara keçirməyə cəhd edərkən yaxalanıb.

O, stadiondan təcridxanaya göndərilib.

Stadion yaxınlığında isə azarkeşlərin davası düşüb. Nəticədə bir neçə şəxs ciddi zədə alıb. İsrail siyasətçiləri fan-klubları cinayətkar qruplaşma adlandıraraq, onların ləğvini tələb ediblər. 

Qeyd edək ki, görüş qolsuz yekunlaşıb - 0:0.

Son xəbərlər

Orphus sistemi