Yuxarı

İsrail İranla futbol matçı keçirmək istəyir

İsrail İranla futbol matçı keçirmək istəyir
Binyamin Netanyahu: İran yığması dünya çempionatında mümkün olmayanı bacardı
© POOL / REUTERS — İsrailin baş naziri Binyamin Netanyahu

Bakı. 28 iyun. REPORT.AZ/ "İstərdim ki, futbol üzrə İsrail yığması Tehranda İran millisi ilə oynasın".

"Report"un məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu öz videomüraciətində bildirib.

"Bilirsiniz, Kriştianu Ronaldunu dayandırmaq necə çətindir? Mən bir zamanlar futbol oynayırdım və deyə bilərəm, bu, demək olar ki, qeyri-mümkündür. Amma İran yığması mümkün olmayanı bacardı",- İsrailin baş naziri bildirib.

O, çıxışında siyasi məqamlara da toxunaraq bildirib ki, İran millisi meydanda göstərdiyi cəsarətini İran xalqı küçələrdə də göstərməlidir ki, hökumət Yaxın Şərq regionunda lazımsız müharibələrə pul ayırmasın.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi