Daha bir klub futbolçuların məvacibini azaltdı

Daha bir klub futbolçuların məvacibini azaltdı İspaniyanın Sevilya klubu koronavirus pandemiyasının yaratdığı böhran səbəbindən məşqçilər heyəti və futbolçuların maaşlarını 70 faiz azaldıb.
Futbol
8 Aprel , 2020 13:13
Daha bir klub futbolçuların məvacibini azaltdı

İspaniyanın "Sevilya" klubu koronavirus pandemiyasının yaratdığı böhran səbəbindən məşqçilər heyəti və futbolçuların maaşlarını 70 faiz azaldıb.

"Report"un La Liqa təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərar klubun İdarə Heyətinin üzvlərinə də şamil olunub.

O da bildirilib ki, işçilərin bir hissəsi məzuniyyətə göndəriləcək, bəzi əməkdaşların isə iş saatları azaldılacaq.

Qeyd edək ki, İspaniya çempionatı qeyri-müəyyən tarixədək təxirə salınıb. Daha əvvəl "Barselona" və "Atletiko" da futbolçuların məvacibini azaldıb.

Son xəbərlər

Orphus sistemi