İspaniya Super kuboku finalının ən yaxşı oyunçusu stadiondan qovulmuş futbolçu olub

İspaniya Super kuboku finalının ən yaxşı oyunçusu stadiondan qovulmuş futbolçu olub Madrid Real”ının yarımmüdafiəçisi Federiko Valverde İspaniya Super kubokunun Atletiko”ya qarşı final görüşünün ən güclü oyunçusu olub.
Futbol
13 Yanvar , 2020 04:59
İspaniya Super kuboku finalının ən yaxşı oyunçusu stadiondan qovulmuş futbolçu olub

Madrid "Real”ının yarımmüdafiəçisi Federiko Valverde İspaniya Super kubokunun "Atletiko”ya qarşı final görüşünün ən güclü oyunçusu olub.

“Report”un məlumatına görə, bubarədə İspaniya Futbol Federasiyasının (RFEF) Twitter”dəki səhifəsində bildirilir.

Qarşılaşma Səudiyyə Ərəbistanında keçirilib. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. "Kral klubu" penaltilər seriyasında qalib olub - 4:1.

İyirmi bir yaşlı uruqvaylı matçın 115-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, "Real Madrid"ini azlıqda qoyub. 

Son xəbərlər

Orphus sistemi