İspaniya klubu "İnter"in yarımmüdafiəçisini heyətinə qatıb

İspaniya klubu "İnter"in yarımmüdafiəçisini heyətinə qatıb Bakı. 24 may. REPORT.AZ/ İspaniyanın Valensiya klubu İtaliya İnterinin futbolçusu Jeffreya Kondoqbiyanı transfer edib.
Futbol
24 May , 2018 19:10
İspaniya klubu İnterin yarımmüdafiəçisini heyətinə qatıb

Bakı. 24 may. REPORT.AZ/ İspaniyanın "Valensiya" klubu İtaliya "İnter"inin futbolçusu Jeffreya Kondoqbiyanı transfer edib.

"Report" klubun saytına istinadən xəbər verir ki, İspaniya təmsilçisi bu keçidə görə 25 milyon avro ödəyib. 

25 yaşlı fransalı yarımmüdafiəçi ilə 2022-ci ilədək müqavilə imzalanıb. Sözləşməyə əsasən, hər hansı bir klub Kondoqbiyanı transfer etmək istəsə, 80 milyon ödəməlidir.

Qeyd edək ki, J.Kondoqbiya başa çatan mövsümdə icarə əsasında "Valensiya"da çıxış edib. O, 31 oyunda iştirak etməklə yanaşı, 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi