Yuxarı

​"İnter" Qazaxıstan klubu ilə sülh bağlayıb

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçən Bakının "İnter" klubu son yoxlama oyununa çıxıb. "Report"un məlumatına görə, bankirlərin rəqibi Qazaxıstanın "Atırau" komandası olub.

Oyun qolsuz bərabərliklə yekunlaşıb. "İnter" toplanış çərçivəsində "Verder"in U-23 və əsas komandasına 0:1, Slovakiyanın "Slovan" komandasına 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "İnter" bu gecə Bakıya qayıdacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi