Yuxarı
    Bağlamaq

    "İnter" "Milan"la derbidə son anda məğlubiyyətdən xilas olub - VİDEO

    Görüş qollu bərabərliklə yekunlaşıb

    Bakı. 21 noyabr. REPORT.AZ/ Futbol üzrə İtaliya “A” Seriyasında XIII tura derbi ilə yekun vurulub.

    "Report"un məlumatına görə, "Cüzeppe Meatsa" stadionunda "Milan" və "İnter" komandaları üz-üzə gəlib.

    Görüş qollu bərabərliklə yekunlaşıb - 2:2. "Milan"dan hər iki qolu 43 və 58-ci dəqiqələrdə Suso vurub. "İnter"dən isə 53-cü dəqiqədə Antonio Kandreva, 90+2-ci dəqiqədə İvan Perişiç fərqlənib.

    Bu nəticədən sonra "Milan" 26 xalla "Roma" ilə birgə 2-3-cü, oyuna yeni baş məşqçi Stefano Pyolinin rəhbərliyi altında çıxan "İnter" isə 18 xalla "Kyevo" və "Sampdoriya" ilə 9 - 11-ci yerləri bölüşür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi