"İnter" klubunun borcu açıqlanıb

"İnter" klubunun borcu açıqlanıb Erik Tohir öz klubuna borc verib
Futbol
13 Fevral , 2016 10:27
İnter klubunun borcu açıqlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ İtaliyanın "İnter" klubunun borcu 417 milyon avroya çatıb. "Report"un "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, klubun sahibi Erik Tohir maliyyə durumunu qaydasına salmaq üçün səhmdarlar tapmağa çalışır.

30 iyun 2015-ci il üçün Milan təmsilçisi "Goldman Sachs" bankına 230 milyon avro borclu olub. Tohirin özü kluba 108 milyon avro borc verib. "İnter" tədarükçülərə 68 milyon avro, digər klublara isə 11 milyon avro ödəməlidir. 2014-2015 mövsümündə "neradzurri"nin borcu 140 milyon avro təşkil edib.

Qeyd edək ki, hazırda İtaliya A seriyasında 5-ci pillədə gedən "İnter" lider "Napoli"dən 11 xal geridədir. İndoneziyalı biznesmen Erik Tohir 2013-cü ildə 40 milyon avroya "İnter"in səhmlərinin 70 faizini alıb.

Son xəbərlər

Orphus sistemi