Yuxarı

"İnter" klubu sifariş ərizəsini təqdim edib

Siyahıda 21 futbolçu yer alıb

Bakı. 28 yanvar. REPORT.AZ/ "İnter" klubu Premyer Liqanın 2015/2016 mövsümünün ikinci yarısı üçün 21 futbolçu sifariş edib. "Report"un məlumatına görə, klub Peşəkar Futbol Liqasına təqdim etdiyi siyahıya 4 yeni futbolçunun adını əlavə edib.

"Bankirlər"in heyətində qapıçı Kamran Ağayev 1, hücumçulardan Vüqar Nadirov 17, Sezar Meza Kolli 23 və Qara Qarayev 9 nömrəli forma ilə çıxış edəcək. Mirsahib Abbasov 77, müdafiəçi Denis Silva Kruz isə 3 nömrəli futbolkanı geyinəcək.

PFL-in siyahısında "İnter"in qış fasiləsində 9 futbolçu ilə yollarını ayırdığı bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi