Yuxarı

"İnter" azarkeşlərin irqçi ifadələrinə görə cəzalandırılıb

"İnter" irqçi ifadələrə görə cəzalandı

Bakı. 27 dekabr. REPORT.AZ/ İtaliya Futbol Federasiyası "İnter" klubunu cəzalandırıb.

"Report" AFP-yə istinadən xəbər verir ki, komanda növbəti iki ev oyununu boş tribunalar önündə oynayacaq. 

Buna klub azarkeşlərinin A Seriyasının XVIII turunda evdə "Napoli" ilə matçdakı davranışları səbəb olub. Oyun zamanı meydan sahiblərinin fanatları rəqibin futbolçusu Kalidu Kulibaliyə qarşı irqçi ifadələr işlədiblər.

Qeyd edək ki, görüş "İnter"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan əvvəl baş verən iğtişaşlarda 4 azarkeş bıçaqlanıb, biri isə dünyasını dəyişib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi