Yuxarı

"İnter" - "Napoli" matçından əvvəl iğtişaşda vurulan azarkeş ölüb

"İnter" - "Napoli" matçından əvvəl iğtişaşda vurulan azarkeş öldü

Bakı. 27 dekabr. REPORT.AZ/ Futbol üzrə İtaliya A Seriyasında XVIII turun "İnter" - "Napoli" oyunundan əvvəl baş vermiş münaqişədən sonra bir azarkeşin dünyasını dəyişdiyi müəyyənləşib.

"Report" "Football Italia"ya istinadən xəbər verir ki, matçdan əvvəl avtomobil tərəfindən vurulan və vəziyyəti ağır olan fanat ölüb.

Bundan əlavə, sözügedən qarşılaşmadan əvvəl 4 nəfər bıçaqlanıb.

Qeyd edək ki, oyun “İnter”in 1:0 hesablı qələbəsi ilə nəticələnib. Meydan sahibləri Lautaro Martinesin 90+2-ci dəqiqədə vurduğu qolla qalib gəliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi