"İnter" Azərbaycan Premyer Liqasında liderliyə yüksəlib

"İnter" Azərbaycan Premyer Liqasında liderliyə yüksəlib AZAL klubu isə ardıcıl 4-cü dəfə məğlub olub
Futbol
24 Sentyabr , 2016 17:59
İnter Azərbaycan Premyer Liqasında liderliyə yüksəlib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda Bakının AZAL və "İnter" komandaları üz-üzə gəlib.

Şüvəlandakı "AZAL Arena"da keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1. Bununla da "İnter" 14 xalla liderliyə yüksəlib. AZAL isə ardıcıl 4-cü məğlubiyyətlə üzləşib və 1 xalla sonuncu pillədə qalıb.

Azərbaycan Premyer Liqası, VI tur

24 sentyabr

16:00. AZAL – "İnter" - 1:3

Qollar: Nuqzar Kvirtiya, 54 - Nizami Hacıyev, 45+1 - penalti ilə; Rauf Əliyev, 63. Ağabala Ramazanov, 64

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Məlik Həsənov

Bakı. "AZAL Arena"

Qeyd edək ki, sentyabrın 25-də Premyer Liqada daha iki oyun keçiriləcək. "Kəpəz" Gəncədə "Qarabağ"ı, "Zirə" isə evdə "Qəbələ"ni sınağa çəkəcək. Turun son görüşü sentyabrın 27-də olacaq. "Neftçi" "Əlincə Arena"da "Sumqayıt"ı qonaq edəcək.

Son xəbərlər

Orphus sistemi