"İnter" Avropa Liqasına səfər qələbəsi ilə başlayıb - VİDEO

"İnter" Avropa Liqasına səfər qələbəsi ilə başlayıb - VİDEO Bakı klubu Serbiya təmsilçisini böyük hesabla məğlub edib
Futbol
30 İyun , 2017 00:26
İnter Avropa Liqasına səfər qələbəsi ilə başlayıb - VİDEO

Bakı. 30 iyun. REPORT.AZ/ Bakının "İnter" klubu futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxıb.

"Report"un məlumatına görə, Premyer Liqanın bürünc mükafatçısının rəqibi Sebiya çempionatında 4-cü yeri tutan "Mladost” olub.

Luçani şəhərindəki eyniadlı stadionda keçirilmiş görüş "İnter"in böyük hesablı qələbəsi ilə yekunlaşıb. Zaur Svanadzenin baş məşqçi olduğu komandadan Adrian Skarlatake ilk yarıda cərimə zərbələrindən "dubl" edib. İkinci hissədə isə Rauf Əliyev uzaq məsafədən dəqiq zərbə ilə yekun nəticəni müəyyənləşdirib - 3:0.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 6-da Bakıda keçiriləcək.

Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyunlar

29 iyun

22:30. "Mladost” (Luçani, Serbiya) – "İnter” (Azərbaycan) - 0:3

Qol: Adrian Skarlatake, 23; 42. Rauf Əliyev, 75

Baş hakim: Aleksey Matyunin

Baş hakimin köməkçiləri: Anton Kobzev, Aleksey Lunyov

Dördüncü hakim: Yevgeni Turbin (hakimlər briqadası Rusiyadandır)

Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya)

UEFA nümayəndəsi: Paolo Rondelli (San-Marino)

Son xəbərlər

Orphus sistemi