Yuxarı

İngiltərəli futbolçu qol vurduqdan sonra pivə içib - VİDEO

İngiltərəli futbolçu qol vurduqdan sonra pivə içib - VİDEO

Hollandiyanın səviyyəcə ikinci liqasında "Almere Siti" və "Qoy Ehed İqls" komandaları arasında keçirilmiş X tur matçında qeyri-adi qol sevinci nümayiş etdirilib.

"Report"un məlumatına görə, "Almere Siti"nin futbolçusu Şeyon Harrison 68-ci dəqiqədə vurduğu qoldan sonra azarkeşlərə tərəf qaçıb.

Fanatlardan biri 22 yaşlı hücumçuya içində pivə olan plastik stəkan atıb. Harrison isə buna maraqlı reaksiya verib. İngiltərəli oyunçu qabı tutmağı bacarıb və içindəki pivəni içib. Daha sonra isə o, boş stəkanı kənara atıb.

Qeyd edək ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi