İngiltərədə baş məşqçinin atası koronavirusdan öldü

İngiltərədə baş məşqçinin atası koronavirusdan öldü İngiltərənin Aston Villa klubunun baş məşqçisi Din Smitin atası Ron Smit dünyasını dəyişib.
Futbol
28 May , 2020 12:14
İngiltərədə baş məşqçinin atası koronavirusdan öldü

İngiltərənin "Aston Villa" klubunun baş məşqçisi Din Smitin atası Ron Smit dünyasını dəyişib. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, o, 79 yaşında koronavirusdan ölüb. R.Smit 4 həftə əvvəl koronavirusa yoluxub və xəstəxanaya aparılıb. 

Qeyd edək ki, Ron Smit 6 il demensiya (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) xəstəliyindən əziyyət çəkib. O daha öncə "Aston Villa"nın ev oyunlarını keçirdiyi "Villa Park" stadionunda işləyib. 

Son xəbərlər

Orphus sistemi