Yuxarı

İngiltərə Premyer Liqasının ən yaxşı baş məşqçisi müəyyənləşib

İngiltərə Premyer Liqasının ən yaxşı baş məşqçisi müəyyənləşib
Xosep Qvardiola 5 həmkarını üstələyib

Bakı. 16 may. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasında 2017/2018 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.

“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiola layiq görülüb. 47 yaşlı ispaniyalı mütəxəssis sorğuda digər 5 namizədi - Yurgen Klopp (“Liverpul”), Şon Dayç (“Börnli”), Roy Hocson (“Kristal Pelas”), Rafael Benites (“Nyukasl”) və Kris Hyutonu (“Brayton”) qabaqlayıb.

Qeyd edək ki, Xosep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” Premyer Liqa tarixində ilk dəfə 100 xal toplayaraq çempion olub. “Şəhərlilər” ən yaxın izləyiciləri “Mançester Yunayted”i 19 xal qabaqlayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi