İngiltərə Premyer Liqasının ən yaxşı baş məşqçisi müəyyənləşib

İngiltərə Premyer Liqasının ən yaxşı baş məşqçisi müəyyənləşib Xosep Qvardiola 5 həmkarını üstələyib
Futbol
16 May , 2018 09:59
İngiltərə Premyer Liqasının ən yaxşı baş məşqçisi müəyyənləşib
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasında 2017/2018 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.

“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiola layiq görülüb. 47 yaşlı ispaniyalı mütəxəssis sorğuda digər 5 namizədi - Yurgen Klopp (“Liverpul”), Şon Dayç (“Börnli”), Roy Hocson (“Kristal Pelas”), Rafael Benites (“Nyukasl”) və Kris Hyutonu (“Brayton”) qabaqlayıb.

Qeyd edək ki, Xosep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” Premyer Liqa tarixində ilk dəfə 100 xal toplayaraq çempion olub. “Şəhərlilər” ən yaxın izləyiciləri “Mançester Yunayted”i 19 xal qabaqlayıblar.

Son xəbərlər

Orphus sistemi