İngiltərə Liqasının Kuboku: “Mançester Siti” qalib olub

İngiltərə Liqasının Kuboku: “Mançester Siti” qalib olub İngiltərə Liqası Kubokunun birinci yarımfinal matçında Mançester Yunayted Mançester Siti”yə 1:3 hesabı ilə uduzub.
Futbol
8 Yanvar , 2020 02:25
İngiltərə Liqasının Kuboku: “Mançester Siti” qalib olub

İngiltərə Liqası Kubokunun birinci yarımfinal matçında "Mançester Yunayted" "Mançester Siti”1:3 hesabı ilə uduzub.

“Report” xəbər verir ki, görüş Mançesterin "Old Trafford" stadionunda baş tutub. 

Qarşılaşmada hesab 17-ci dəqiqədə açılıb. Bernard Silva ilk qolun müəllifi olub. Riyad Marez matçın 33-cü dəqiqəsində "şəhərlilər"in üstünlüyünü artırıb. Bir neçə dəqiqə sonra "Mançester Yunayted"in yarımmüdafiəçisi Andreas Pereyra hesabı 3:0-da çatdırıb.

“Mançester Yunayted” bu qollardan yalnız birinin əvəzini çıxıb. Komandanın yeganə qolunu ikinci hissənin ortalarında Markus Raşford vurub.

Son xəbərlər

Orphus sistemi