İngiltərə Futbol Assosiasiyası DÇ-2018-in Böyük Britaniyaya ötürülməsini istisna edir

İngiltərə Futbol Assosiasiyası DÇ-2018-in Böyük Britaniyaya ötürülməsini istisna edir Qreq Dayk: "Biz 2018-ci ilin dünya çempionatını keçirməyəcəyik və 2022-ci ilin dünya birinciliyini də qəbul etməyəcəyik"
Futbol
6 İyun , 2015 11:49
İngiltərə Futbol Assosiasiyası DÇ-2018-in Böyük Britaniyaya ötürülməsini istisna edir

Bakı. 6 iyun. REPORT.AZ/ İngiltərə Futbol Assosiasiyasının rəhbəri DÇ-2018-in Rusiyadan Böyük Britaniyaya ötürülməsini istisna edib. Bu barədə "Report" "gazeta.ru"ya istinadən xəbər verir.

"Biz 2018-ci ilin dünya çempionatını keçirməyəcəyik və 2022-ci ilin dünya birinciliyini də qəbul etməyəcəyik. Əks təqdirdə, bütün bunlar FİFA-ya qarşı kampaniyanın şəxsi maraqlara görə aparıldığı kimi görünəcək. Rəsmi araşdırma bitənədək və hansısa pozulmalar sübut olunanadək heç kim Rusiya və ya Qətərə qarşı heç nə edə bilməyəcək", - Qreq Dayk belə deyib. 

Son xəbərlər

Orphus sistemi