Yuxarı

İdman Arbitraj Məhkəməsi "Neftçi"nin apellyasiyasını təmin etməyib

FİFA-nın yanvarın 21-də Emil Mpenzanın xeyrinə çıxardığı qərar qüvvədə saxlanılıb

Bakı. 11 dekabr. REPORT.AZ/ 2010-cu ildə İsveçrənin “Sion” klubundan “Neftçi”yə transfer olunmuş və 2012-ci ilin qış fasiləsi dövründə komandanın düşərgəsindən ayrılan Emil Mpenza barəsində FİFA-nın çıxardığı qərar qüvvədə saxlanılıb. "Report"un "Neftçi"nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar verib. 

3 ay davam etmiş araşdırmalardan sonra FİFA-nın yanvarın 21-də futbolçunun xeyrinə çıxardığı qərar qüvvədə saxlanılıb. 

Qeyd edək ki, Emil Mpenzanın klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, 21.02.2012-ci il tarixdə futbolçu ilə imzalanmış müqaviləyə “Neftçi” tərəfindən birtərəfli qaydada xitam verilib. 13.03.2012-ci il tarixdə isə “Neftçi” FİFA qarşısında futbolçunun klubu tərk etməsi ilə bağlı rəsmi iddia qaldırıb. Emil Mpenza da öz növbəsində FİFA qarşısında əks iddia qaldıraraq, klubdan təzminat tələb edib. 3 il müddətində davam etmiş araşdırmaların nəticəsi olaraq 21.01.2015-ci il tarixdə FİFA futbolçunun şikayətinə baxaraq onun xeyrinə qərar çıxarıb. Bu qərarla əlaqədar 15.07.2015-ci il tarixdə “Neftçi” Mpenza məsələsi barəsində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya müraciəti ünvanlayib. CAS-ın qərarında göstərilən təzminat məbləğinin 1 milyon dollar olduğu bildirilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi