İbrahimoviç MLS-də möhtəşəm qolla debüt edib - VİDEO

İbrahimoviç MLS-də möhtəşəm qolla debüt edib - VİDEO O, ilk oyununda dubla imza ataraq komandasına qələbə qazandırıb
Futbol
1 Aprel , 2018 06:58
İbrahimoviç MLS-də möhtəşəm qolla debüt edib - VİDEO

Bakı. 1 aprel. REPORT.AZ/ ABŞ-ın "Los Angeles Galaxy" komandası MLS-in 4-cü turunda "Los Angeles" üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Karson şəhərinin "StubHub Center" stadionunda keçirilən matç ev sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın birinci hissəsində qonaqların hücumçusu Karlos Vela dubl edib. Meydan sahiblərinin müdafiəçisi Deniel Stirsin 48-ci dəqiqədə avtoqolundan sonra qonaqların üstünlüyü üç topa çatıb.

"Galaxy" yarımmüdafiəçi Sebastyan Lletqetin 61-ci dəqiqədə vurduğu qolla hesab arasındakı fərqi azaldıb. İkinci hissənin ortalarında xavbek Kris Pontius fərqi minimuma endirib. Forvard Zlatan İbrahimoviç 77-ci dəqiqədə komandada keçirdiyi debüt oyununda baxımlı qolla hesabı 3-3 edib, artırma dəqiqələrində isə komandasına qələbə qazandıran topu vurub.

Dörd matçdan sonra "Galaxy" Qərb konfederasiyasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb, "Los Angeles" dördüncüdür.

Son xəbərlər

Orphus sistemi