Tbilisidə "Samtredia" fanatları "Qarabağ" azarkeşlərinə hücum ediblər

Tbilisidə "Samtredia" fanatları "Qarabağ" azarkeşlərinə hücum ediblər Xoşagəlməz hadisə matçın keçiriləcəyi Boris Payçadze adına "Dinamo" stadionunun önündə yaşanıb
Futbol
18 İyul , 2017 20:19
Tbilisidə Samtredia fanatları Qarabağ azarkeşlərinə hücum ediblər

Bakı. 18 iyul. REPORT.AZ/ Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstanda "Samtredia"sının qonağı olacaq "Qarabağ" komandasının azarkeşləri ilə yerli fanatlar arasında insident baş verib.

"Report"un məlumatına görə, xoşagəlməz hadisə matçın keçiriləcəyi Boris Payçadze adına "Dinamo" stadionunun önündə yaşanıb.

Meydan sahiblərinin azarkeşləri Tbilisiyə səfər edən Ağdam komandasının tərəfdarlarına hücum edərək, fiziki güc tətbiq ediblər. Üstəlik, Azərbaycan bayrağını "Qarabağ" fanatlarından alaraq qaçıblar. Polis onları təqib etsə də, çata bilməyib.

Qeyd edək ki, oyun saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi